SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

İşin İcrasına İcazə | Permit to Work

Kursun Məqsədi:

  • İşin icrasına icazə sistemi nə demək olduğu barədə ümumi anlayışa malik olmasını təmin etmək;

  • Xüsusi bir iş üçün lazım olan icazə növünün müəyyən edilməsinə yardım etmək;

  • Risk səviyyəsinə müvafiq sənəd növlərinin istifadəsi üzrə tələbləri müəyyən etmək;

  • İcazə sistemində iştirak edən şəxslərin rol və öhdəliklərini müəyyən etmək.

Təlim kimlər üçün nəzərdə tutulub: İşin İcrasına İcazə Sisteminə cavabdeh olan səlahiyyətli şəxslər üçün nəzərdə tutulmuşdur.

Mövzular:

  • Giriş

  • İşin İcrasına İcazə Sistemi üzrə cəlb olunmuş səlahiyyətli şəxslərin vəzifə öhdəlikləri

  • Əsas terminlərin izahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)

  • Təhlükənin aşkar edilməsi və Riskin qiymətləndirilməsi

  • Risklərin qiymətləndirilməsini həyata keçirməkdə məqsəd

  • Nəzarət tədbirlərinin  iyerarxiyası

  • Enerji mənbələrinin  müəyyən edilməsi

  • İşin Riskinin qiymətləndirilməsinin Növləri

  • İş Riskinin qiymətləndirilməsinin səviyyələri

  • İcazə sənədinin tələb olunduğu İşlər

  • İcazə sənədlərinin növləri və tətbiq olunması

 

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

SƏTƏM təlimləri